Modern.az

Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ

Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ

25 Oktyabr 2020, 13:52

Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının “Modern Diplomacy” portalında ingilis dilində məqaləsi dərc edilib.

Modern.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi vədlərdən, sonradan onlara əməl etməməsindən və digər məsələlərdən bəhs edilib. Müəllif qeyd edir ki, Paşinyanın uğursuzluqlarından biri danışıqlar formatını dəyişmək cəhdi idi. O, Qarabağdakı separatçı rejimi danışıqlar masasına gətirmək istəyirdi, amma bu, Minsk qrupunun missiyasına və formatına tamam zidd idi. Nəticədə vəziyyət daha da gərginləşdi.

Bildirilir ki, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında sülhdən danışan Ermənistan iyulda münaqişə zonasından uzaqda yerləşən Tovuza hücum edərək, Azərbaycana qarşı təxribat törətdi, sentyabrın 27-də isə müharibə başladı. Paşinyan hüquqi məsələlərdə də uğursuzluğa düçar oldu. Məsələn, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi tanımır, amma dünyaya müraciət edir ki, onu tanıyın.

Məqalədə, həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlili də verilib.


Ekspert yazıda qeyd edir ki, beynəlxalq hüquqdakı prinsiplərə görə, hər bir xalq yalnız 1 dəfə öz müqəddəratını təyin edə bilər. Ermənilər isə artıq bundan istifadə edərək, Ermənistan yaradıblar. Ona görə də ikinci erməni dövlətinin yaradılması beynəlxalq hüquqa ziddir.

Məqalənin linki:

//moderndiplomacy.eu/2020/10/21/how-pashinyan-failed-in-the-peacekeeping-mission-and-complying-with-international-law/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir