Modern.az

“Azercell”in də 3G lisenziyasını almaq imkanı var

“Azercell”in də 3G lisenziyasını almaq imkanı var

Təhsil

23 Yanvar 2010, 17:16

Modern.az-ın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlətərə bildirib ki, 3G texnologiyasına digər mobil şirkətlərin də qoşulmaq imkanı var: ““Bildiyiniz kimi keçən ilin dekabrından 3 G texnologiyası istifadəyə verilib. Biz bir neçə mobil operatorlar arasında olan qiymətlərə dəyişiklik etdik. Bu dəyişikliyin hamısı ona görədir ki, onlar həm xidmətlərin keyfiyyətin qaldırsınlar, həm də əhaliyə göstərdikləri xidmətlərin qiymətlərini aşağı salsınlar. Bu gün bütün mobil operatorların kifayət qədər imkan var ki, əhaliyə göstərdikləri xidmətlərin qiymətini aşağı salsınlar. Bu istiqamətdə “Normobile” şirkətinin təklif etdiyi qiymətlər kifayət qədər ucuzdur. Ona görə də biz onu seçdik. Amma “Azercell” və “Baksell”  şirkətlərinin də belə addımlar atmaq imkanları var”. Nazir onu da qeyd edib ki, 3G lisenziyası almaq üçün ən yaxın namizəd “Azercell”-dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı