Modern.az

Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsini BİTİRDİ

Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsini BİTİRDİ

25 Oktyabr 2020, 23:48

Azərbaycan Ordusu oktyabrın 25-də Qubadlı şəhərini və Qubadlı rayonunun bir sıra kəndlərini Ermənistanın işğalından azad edib. Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün Tvitter hesabında yazıb.

Modern.az xəbər verir ki, Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnaməni icra etmiş olub.

Qeyd edək ki, vaxtilə bu qətnamə Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin işğalı əleyhinə qəbul edilmişdi.

Xatırladaq ki, bundan öncə BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi də aktuallığını itirmişdi. Həmin qətnamə Zəngilan şəhərinin işğaldan azad olunmasını tələb edirdi.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi iki qətnamə icra edilməmiş qalır: 822 (Kəlbəcər) və 853 (Ağdam) saylı qətnamələr.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir