Modern.az

Prezident Zəngilan, Cəbrayıl və Qubadlının azad edilmiş kəndlərinin adlarını açıqladı - SİYAHI

Prezident Zəngilan, Cəbrayıl və Qubadlının azad edilmiş kəndlərinin adlarını açıqladı - SİYAHI

26 Oktyabr 2020, 13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV vasitəsilə xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

Modern.az xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açıqladığı siyahı aşağıdakı kimidir:

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.


Prezident deyib ki, düşməni sona qədər torpaqlarımızdan qovacağıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir