Modern.az

Sərkisyanın saytı hakerlərin hücumuna məruz qalıb

Sərkisyanın saytı hakerlərin hücumuna məruz qalıb

23 Yanvar 2010, 21:10

Ermənistan prezidenti Serj Sərkisyanın rəsmi saytı hakerlərin hücumuna məruz qalıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sərkisyanın mətbuat xidmətinin bugünkü açıqlamasında bildirilir. Nəticədə saytda yerləşən bir sıra məlumatlarda dəyişiklik baş verib. Ermənistan prezident aparatının kompüter xidmətinin rəhbəri Leonid Avetisyan qeyd edib ki, problemlər qısa vaxt ərzində aradan qaldırılıb, hazırda sayt fasiləsiz işləyir. Onun sözlərinə görə, prezidentin saytı əlavə nəzarətə götürülüb.

 

Avetisyan qeyd edib ki, insidentin baş vermə təfərrüatları  öyrənilir.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?