Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.
Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.
Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.