Modern.az

Azərbaycan Fransa mallarını boykot etsə, nə qazanıb-nə itirər?

Azərbaycan Fransa mallarını boykot etsə, nə qazanıb-nə itirər?

İqtisadiyyat

27 Oktyabr 2020, 12:48

Natiq Cəfərli: "Türkiyənin Fransaya qarşı çağırışı emosional etiraz formasıdır"


"Türkiyədə Fransa məhsullarına görə çağırış olub. Bu Fransaya qarşı emosional bir etiraz formasıdır. Etirazın yerinə yetirilməsi o qədər də mümkün deyil".


Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsində Fransaya daha çox malı Türkiyə satır:


"Türkiyə keçən il Fransaya 8 milyard dollara yaxın mal satıb, Fransadan isə 6.8 milyard dollarlıq mal alıb. Türkiyə 1.2 milyard dollar öndədir. Bu ilin ilk 8 ayında müsbət saldo 3 milyon dollar Türkiyənin xeyirinədir. Türkiyə Fransaya 4.2 milyard dollarlıq mal satıb, Fransadan 3.9 milyardlıq mal alıb.  Qarşılıqlı boykot olsa, Türkiyə uduzar. Ərdoğanın çıxışında emosional fon, haqsızlıqlara qarşı etiraz olub. Bu çağırışın rəsmi həyata keçirilməsi aydın görünmür. Türkiyədə müxtəlif şirkətlər var ki, Fransa şirkətləri ilə birlikdə müəssisələr yaradıblar. Məsələn "Teroreno" maşınları Türkiyədə yığılır, xaricə satılanda isə Türkiyə malı sayılır".


N.Cəfərli qeyd edib ki, bu ilin 9 ayının Azərbaycanın ticarət saldosunda Fransaya 55 milyon dollarlıq mal satılıb. Fransadan isə 3 milyon dollarlıq mal alınıb:


"Bizdə mənfi saldodur, amma bizim 55 milyon dollarlıq ixracatımız çox vacibdir. 3 milyon dollardan çox aldığımız malın içində müəyyən texnikalar, nəqliyyat vasitələri, avtomobillər var. Avtomobillərin də bir qismi Türkiyədə istehsal olunur. Azərbaycanın bu çağırışa qoşulması o qədər də məntiqli deyil. Azərbaycan və Türkiyə Avropa Birliyində olan haqsızlıqlara qarşı siyasi, hüquqi mücadiləni bir yerdə verməlidir".


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir