Modern.az

Azərbaycanda son sutkada koronavirusa yoluxma - 663 nəfər

Azərbaycanda son sutkada koronavirusa yoluxma - 663 nəfər

27 Oktyabr 2020, 15:07

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663  yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 51149 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 41693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir