Modern.az

Həkim oğul atasına donorluq etdi - FOTOLAR

Həkim oğul atasına donorluq etdi - FOTOLAR

27 Oktyabr 2020, 15:30

Peşəsi xəstələri sağaltmaq və onlara həyat vermək olan azərbaycanlı həkim bu dəfə donor olub, qaraciyərindən nəql olunan bir parça ilə atasının həyatını xilas edib.

Modern.az xəbər verir ki, anesteziya, serroz üzrə ixtisaslaşmış azərbaycanlı həkim Tural Muradlı serroz səbəbi ilə qaraciyər transplantasiyasına ehtiyacı olan atası Hüseyn Muradova donor olub.

Gənc həkim İzmir Şəhər Xəstəxanasında baş tutan əməliyyatda qaraciyərindən alınan bir parça ilə atasına həyat verib.

Həmkarı, həkim professor Murat Kılıç bildirib ki, T.Muradlı orqan transpalntasiyası məsələsində xalqımıza gözəl bir nümunə olub.

Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Adana Çukurova Universitetində başladığı anesteziya ixtisası üzrə təhsildə 2 ili geridə qoyan doktor T.Muradlı üçün Türkiyə ikinci vətən oldu. Bacısı Tavat Muradlı da Samsun “19 Mayıs” Universitetinin aspirantı olan Tural Muradlı atasının sağlamlıq problemlərini həll etmək üçün də Türkiyəni seçib.

T.Muradlı əməliyyatdan sonra atasının və özünün vəziyyətinin yaxşı olduğunu deyib:

“Mən atama övladlıq borcumu yerinə yetirdim. Atam mənim yerimdə olsaydı, eyni şeyi edərdi. Ona canım fəda, qanım halal olsun”.


Fidan ƏLİ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi