Modern.az

Dmitri Medvedev: “Mən 100 faiz erməniyəm”

Dmitri Medvedev: “Mən 100 faiz erməniyəm”

24 Yanvar 2010, 17:57

Hollandiyanın deweekkrant.nl saytı müxtəlif dairələrdə geniş müzakirəyə səbəb olmuş xəbər yayıb. Modern.az Ria-novosti" agentliyinə istinadən xəbər verir ki, həmin sayta görə, Rusiya prezidenti Dmitri Medvedev erməni olduğunu təsdiqləyib. O, babalarının adanalı olduğunu, lakin özünün Rusiyada doğulduğunu deyib. “İstəyirəm, hamı aydın bilsin - mən erməniyəm. Anamın

 

 familiyası Naxşikyandır,  Naxşik adı isə tarixən erməni köküdür. Atamın familyası Baqratyandır, yenə də əsl erməni familyasıdır. Mən 100 faiz erməniyəm”-deyə Medvedev bildirib. Rusiya prezidenti öz valideynləri və erməni kökü ilə fəxr etdiyini də əlavə edib.   

 

Medvedev “Ria-novosti” müxbirinin sualına cavab olaraq onun yəhudi kökünə malik olmasına dair məlumatları təkzib edib. O, bu xəbərlərin həqiqətəuyğun olmadığını deyib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı