Modern.az

Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR...

Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR...

Mədəni̇yyət

28 Oktyabr 2020, 12:28

27 sentyabrdan başlayaraq, şanlı ordumuz tərəfindən Qarabağda həyata keçirilən əks-hücum əməliyyatlarından sonra torpaqlarımız uğrunda Şəhid olanların yerinə yeni oğlanlar doğulur.

 

Artıq yeni doğulan uşaqlara torpaqlarımızın azadlığı yolunda qəhrəmanlıq göstərən igidlərimizin adı verilir. Ekspertlər bir müddətdən sonra bu halın kütləviləşəcəyini deyirlər.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 27 sentyabrdan 27 oktyabradək Azərbaycanda 2353 uşaq dünyaya gəlib.

 

Onlardan 1282 nəfəri oğlan, 1071 nəfəri qızdır. Bu müddət ərzində respublikamızda 28 əkiz uşaq doğulub.

 

Rəsmi məlumata görə, oğlanlara verilən adlar içərisində Uğur adı üstünlük təşkil edir. Hansı ki, əvvəlki dövlərdə ilk üçlükdə Yusif, Əli, Hüseyn adları yer alırdı. 1 ay içərisində isə oğlan uşaqlarına verilən adların ilk üçlüyünə Uğur da da daxil olub.

 

Belə ki, bir ay ərzində 41 oğlana Yusif, 41 oğlana Əli, 36 oğlana Uğur adı verilib.

 

Qız adlarında isə ilk yerdə 40 sayla Zəhra, 39 sayla Aylin, 36 sayla Məryəm adı qərarlaşıb.

 

 

             
 

Ad

Say

 

Ad

Say

 
 

YUSİF

42

 

ZƏHRA

40

 
 

ƏLİ

41

 

AYLİN

39

 
 

UĞUR

36

 

MƏRYƏM

36

 
 

HÜSEYN

32

 

ZEYNƏB

34

 
 

RAUL

30

 

MƏLƏK

33

 
 

ÖMƏR

28

 

NİLAY

28

 
 

MURAD

28

 

FATİMƏ

26

 
 

TUNAR

23

 

NURAY

25

 
 

İBRAHİM

21

 

LEYLA

24

 
 

MƏHƏMMƏD

19

 

İNCİ

24

 
 

RƏSUL

17

 

DƏNİZ

21

 
 

ADƏM

17

 

MƏDİNƏ

19

 
       

XƏDİCƏ

19

 
             
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi