Modern.az

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır

28 Oktyabr 2020, 12:30

 

“Azəri” Yeni Yelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün  plakatlar asılıb. 

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda  böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.

 

Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı (190  Thorndon Quay Pipitea ünvanı)  binadan asılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi