Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü sabah keçiriləcək

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü sabah keçiriləcək

29 Oktyabr 2020, 12:00

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Cenevrə şəhərindəki görüşü təxirə salınıb.

 Modern.az Rusiyanın “RİA Novosti”na istinadən xəbər verir ki, görüş sabaha- oktyabrın 30-a planmlaşdırılıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

Xatırladaq ki, Zoqrab Mnatsakanyan və Ceyhun Bayramov Minsk qrupunun iştirakı ilə cəbhədə yaşanan gərginliyi müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir