Modern.az

Azərbaycanda yoluxma 1000-i keçdi

Azərbaycanda yoluxma 1000-i keçdi

Hadisə

29 Oktyabr 2020, 15:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015  yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı