Modern.az

Ceyhun Bayramov: “Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil”

Ceyhun Bayramov: “Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil”

29 Oktyabr 2020, 17:25

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın “RİA Novosti” agentliyinə açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, o, Ermənistanın sülh danışıqlarında maraqlı olmadığını diqqətə çatdırıb.

 

“Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil”.

 

Nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağ münaqişəsinə aidiyyatı olmadığını da xatırladıb.

 

“Konfliktin əhatə dairəsi və kontekstinin genişlənməsində maraqlı deyilik”.

 

Azərbaycanlı nazir İranın Qarabağ münaqişəsi ilə bağlı sülh təklifinin isə hər iki tərəfin razılığı ilə qəbul edilə biləcəyini xatırladıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?