Modern.az

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI

29 Oktyabr 2020, 18:05

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

 

Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin fərmanına əsasən əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib

 

1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

10. müvafiq yerli icra hakimiyyəti orqanları.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir