Modern.az

AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM

AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM

29 Oktyabr 2020, 18:53

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib.

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

 

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri də xidməti pasportla təmin ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!