Modern.az

Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO

Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO

Aktual

29 Oktyabr 2020, 19:21

Bir müddət əvvəl McDonalds, Papa Johns və Burger King markalarının Azərbaycandakı nümayəndəlikləri sosial media hesablarında ordumuza dəstək məqsədli poslar paylaşmışdı. Lakin erməni lobbisinin markalara etirazı nəticəsində həmin paylaşımlar silindi. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb oldu. Nəticədə internet istifadəçiləri sosial mediada müxtəlif həştəqlərlə etirazlarını bildirərək insanları həmin markaları boykot etməyə çağırıb.

 

Ölkəmizdə böyük şəbəkəyə malik olan şirkətlərin heç biri azərbaycanlılardan üzr istəməyib, yalnız “McDonalds Azerbaycan” şirkəti sosial şəbəkə hesabında açıqlama verib. Lakin bu açıqlamadan sonra vəziyyət daha da gərginləşdi.

 

Məsələ ilə bağlı Modern.az videoreportaj hazırlayıb.

 

Həmin videonu təqdim edirik:

 

//www.youtube.com/watch?v=FQFnPcxoVz8&feature=emb_title

 

Nəzrin MƏLİKOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...