Modern.az

“Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB

“Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB

29 Oktyabr 2020, 23:49

“Qarabağ” – “Vilyareal” matçı başa çatıb. Oyun ispan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

23:47

“Qarabağ” – “Vilyareal” matçında 4-cü qol vurulub. Pako Alkaker komandasının 3-cü, özünün 2-ci qolunu "Qarabağ"ın qapısından keçirib - 1:3.

 

23:44

“Qarabağ” – “Vilyareal” matçında 3-cü qol vurulub. Pako Alkaker ispanların 2-ci qolunu "Qarabağ"ın qapısından keçirib 1:2.

 

23:38

Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Türkiyədə İspaniya “Vilyareal”ı ilə qarşılaşır.

 

Modern.az xəbər verir ki, İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda keçirilən oyunda hesab açılıb.

 

Ovusu Kvabena 78-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirib - 1:0 

 

2 dəqiqə sonra Yeremi Pino ispanların bərabərlik qolunu vurub - 1:1.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir