Modern.az

Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin”

Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin”

30 Oktyabr 2020, 01:01

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Vilyareal"la matçı dəyərləndirib.

 

Modern.az xəbər verir ki, o, futbolçularından razı qaldığını deyib.

 

"Hər birinə təşəkkür edirəm. Həqiqətən də, çox təcrübəli, texniki cəhətdən sürətli komandaya qarşı oynadıq. Düşündüyümüz oyundan əl çəkmədik, onu sona qədər qorumağa çalışdıq. Ustalıq fərqi var, onların oyunçularının dəyəri bizdən qat-qat yüksəkdir. İkinci hissədə də bir az yorulduq. Bizim oyunçu sarıdan problemlərimiz var. İkinci hissədə müdafiədə dəyişikliklər etməli idik, amma edə bilmədik. Buna baxmayaraq, komandamız oyun nizam-intizamından əl çəkmədilər. Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir”, - deyə baş məşqçi bildirib.

 

Rusiyanın “Matç TV” kanalının “Qarabağ”ın oyunlarına qadağa qoymasına da münasibət bildirən Qurban Qurbanov bunları deyib:

 

“Məsələnin necə olduğunu bilmirəm. Amma “Matç TV”də ermənilər varsa, başqa nə gözləmək olar?! Bunlar düşük fikirlərdir. Başlarına dəysin. Onların oyunumuzu göstərməsi heç bizə lazım da deyil”.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən "Qarabağ" - "Vilyareal" görüşü ispan klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi