Modern.az

Türkiyə və Azərbaycan qardaşlığı əbədidir

Türkiyə və Azərbaycan qardaşlığı əbədidir

Aktual

30 Oktyabr 2020, 09:40

Türkiyə və Azərbaycan qardaşlığı  bir çox sınaqlardan keçib. Türkiyə  Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə hər zaman onun yanındadır. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Müzəffər Ordumuz müasir silahlarla, müasir avadanlıqlarla təhciz olunub,  lakin Vətənimizi azad edən- Azərbaycan əsgərləri və zabitləridir.

 

Dövlət başçısı müsahibələrində xüsusi ilə Türkiyə-Azərbaycan qardaşlığının dünəni, bu günü və gələcəyi, həm də gələcək diplomatik danıçıqlarda və regionun postmüharibə dövründə Türkiyənin rolunun qiymətləndirilməsi və onun vacibliyini vurğulayır.

 

Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.

 

Ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı bildirdi ki, Sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiya xətləri açılacaq.

 

Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan MR-sı ilə Azərbaycanın əsas hissəsi arasında. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var.  Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

 

Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir və onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər.

 

Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi.

 

Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. 

 

Bu hücumu etməklə, Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi.

 

Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional mərkəzə çevrilib. Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Azərbaycan informasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.

 

Artıq bütün dünya Azərbaycanın öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyini anlayır, onun gücünü qəbul edir və artıq gələcək yeni mərhələdə yeni şərtlərdəki münasibətlər haqqında düşünür.

 

“Fiqaro” qəzetinin müxbirinin təxribatçı, sətiraltı məzmunlu suallarına cənab Prezidentimiz çox səbr və təmkinlə, ali siyasi-diplomatik zəka ilə cavab verirdi.

 

Ümumiyyətlə, sentyabr ayının 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ən müxtəlif televiziya kanallarına, qəzetlərə, informasiya Agentliklərinə  verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi, hərbi-siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır. Milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını təyin edir.



Naftalan sakini Kəmalə Hüseynova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı