Modern.az

İlham Əliyev Serj Sərkisyanla görüşmək üçün Soçiyə gedib

İlham Əliyev Serj Sərkisyanla görüşmək üçün Soçiyə gedib

Təhsil

25 Yanvar 2010, 11:40

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan bu gün Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi ilə görüşəcəklər. Soçidə baş tutacaq üçtərəfli danışıqlara ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakovun (Rusiya) da qatılacağı gözlənilir.
Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün bir araya gələn üç prezidentin görüşü Soçidən təxminən 70 km məsafədə yerləşən "Krasnaya Polyana" məntəqəsində keçiriləcək. Bura Rusiya prezidentinin Soçidəki iqamətgahı sayılır.

BBC-nin məlumatına görə, prezidentlərin üçtərəfli toplantısı Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlamalıdır. Rusiya prezidenti Dmitri Medvedev də artıq Soçidədir.
BBC onu da xəbər verir ki, Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan arasında rəsmi hissə bitəndən sonra qeyri-rəsmi görüşün keçirilməsi də mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı