Modern.az

Nazirdən uşaq bağçaları və şagird yerdəyişməsi barədə AÇIQLAMA

Nazirdən uşaq bağçaları və şagird yerdəyişməsi barədə AÇIQLAMA

Aktual

30 Oktyabr 2020, 11:37

Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi  formada bərpa edilmir.

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir:

“Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur”.

E.Əmrullayev deyib ki, şagird yerdəyişməsindəki fasilə növbəti həftədən aradan qaldırılacaq.

Nazir bildirib ki, əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı