Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini dəyişməyib.
Modern.az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair Mərkəzi Bankın onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov məlumat verib.
E.Rüstəmov qeyd edib ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.