Modern.az

Bakı məktəblisindən orduya dəstək - VİDEO

Bakı məktəblisindən orduya dəstək - VİDEO

Aktual

30 Oktyabr 2020, 13:50

Azərbaycan  Respublikasının vətandaşlarından  Ali  Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusuna dəstək məktubları gəlməkdə davam edir. Bu dəstəyə paytaxt və rayon məktəbliləri də qoşulub.

 

Modern.az Bakı  məktəblisi Ağacanlı Zəminə Vüqar qızının Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə ünvanladığı məktubu təqdim edir:

 

“Salam,Cənab Prezident. Mən Ağacanlı Zəminə Vüqar qızı Bakı şəhər Xətai rayon 55 saylı  tam orta məktəbin 3-cü  sinif şagirdiyəm. Mən hər gün sizi televizordan  izləyirəm. Sizin verdiyiniz hər bir şad xəbər  məni və ailəmi çox sevindirir. Ali Baş Komandan sizi çox istəyirəm.  Yaxşı  ki,  siz Azərbaycanın prezidentisiniz. Sizin sayənizdə  bizim güclü ordumuz var. Biz sizə arxalanırıq.  İnanırıq ki,  torpaqlarımızın hamsını  geri qaytaracaqsınız. Döyüşdə olan əsgərlərimizi də, sizi də Allah qorusun. İnşAllah  tezliklə öz torpaqlarımıza qayıdacağıq. Sizdən yeni - yeni  şad xəbərlər gözləyirik.  Bizi  tez - tez sevindirin.  Bir daha özüm və ailəmin adından sizə təşəkkürümüzü bildiririk. Qarabağ bizimdir, Qarabağ  Azərbaycandır!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!