Modern.az

Nazirlərin Cenevrə görüşü mətbuata qapalı keçiriləcək

Nazirlərin Cenevrə görüşü mətbuata qapalı keçiriləcək

30 Oktyabr 2020, 14:20

TƏT Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.

 

Modern.az-ın məlumatına görə, nazirlərlə görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək.

 

Həmsədrlər arasında fikir mübadiləsi də qapalı keçirilib. Görüşlərin yekununda bəyanatın verilib-verilməyəcəyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Cenevrədə görüş oktyabrın 29-a təyin olunsa da, daha sonra bir gün təxirə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı