Modern.az

“Dövlət büdcəsindən Orduya ayrılan vəsaiti...” – Natiq Cəfərli

“Dövlət büdcəsindən Orduya ayrılan vəsaiti...” – Natiq Cəfərli

Aktual

30 Oktyabr 2020, 15:09

"Dövlət büdcəsinin orduya ayrılan vəsaiti hesabına bu gün Qarabağda işğaldan təmizləmə əməliyyatı davam edir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında İqtisadçı Natiq Cəfərli söyləyib. Onun fikrincə, torpaqların azad olunması üçün tələb xərclənən vəsait hərbi sirrdir.

“Ümumi hərbi büdcəmiz məlumdur. Hərbi büdcəyə ordunun ərzaq, silah-sursat təminatı daxildir. Burada bu il ərzində əlavə xərclər və artım olmayıb. Ona görə də hələ ki, bir dəyişiklik yoxdur”.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycan ordusu bu il üçün nəzərdə tutulmuş xərclər çərçivəsində torpaqların işğaldan azad edilməsi əməliyyatlarını aparır.

 “Ayrıca olaraq Orduya yardım fondu da var. Yəqin ki, əlavə vəsaitin xərclənməsi ilə bağlı qərarlar alına bilər, lakin hələlik Dövlət büdcəsinin orduya ayrılan vəsaiti hesabına bu gün işğaldan təmizləmə əməliyyatı davam edir”.

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır