Modern.az

Azərbaycan Araik Arutyunyanı beynəlxalq axtarışa verdi

Azərbaycan Araik Arutyunyanı beynəlxalq axtarışa verdi

30 Oktyabr 2020, 15:23

Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni məmuru beynəlxalq axtarışa verilib.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair birifinqdə Baş prokuror Kamran Əliyev deyib. 

 

K.Əliyev qeyd edib ki, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma "DQR"in “prezidenti” elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb:

"Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib".

K. Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb:

“Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə bu cinayəti törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.

Baş prokurun sözlərinə görə, Ermənistan tərəfdən Dağlıq Qarabağa gətirilərək Azərbaycana qarşı döyüşən 6 muzdlu şəxs barəsində də axtarış elan edilib.

Araşdırmalarla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan Çaxaryan soyadlı şəxs Ermənistan tərəfindən muzdlu kimi döyüşlərə cəlb edilib və o, cinayətkar dəstə yaradaraq Azərbaycana qarşı döyüşür:

"Bununla yanaşı, Fransa vətəndaşı Minatanyan, Hovsepyan, ABŞ vətəndaşı Badasyan və Fransa vətəndaşı Artur Avanesyan barəsində axtarış elan edilib. Həmin şəxslər özləri ilə bərabər digər şəxsləri də döyüşlərə cəlb ediblər. Onların olduqları ölkələrə tərəfimizdən bildiriş verilib və həmin şəxslərin istintaqa cəlb edilməsi barədə qərar qəbul olunduğu bildrilib".


K.Əliyev deyib edib ki, hazırda istintaqda Livan, Gürcüstan, Yunanıstan və digər ölkə vətəndaşlarının da döyüşlərə cəlb edilməsi barədə məlumatlar var: "Onların barəsində araşdırmalar aparılır. Həmin şəxslər barədə araşdırmalar başa çatandan sonra onlar barədə də beynəlxalq axtarış elan ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?