Modern.az

Novruz Aslanov ABŞ Səfirliyinin müvəqqəti işlər vəkilini qəbul edib - FOTO

Novruz Aslanov ABŞ Səfirliyinin müvəqqəti işlər vəkilini qəbul edib - FOTO

30 Oktyabr 2020, 15:38

AzQAC-ın baş ofisində qonaqları qəbul edən Milli cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanov bu  çətin bir zamanda bir yerdə olmağımızın simvolik addım olduğunu xüsusilə vurğuladı. Amalımızın eyni olduğunu deyən Novruz Aslanov əsas fəaliyyətin ehtiyaclı insanlara yardım etmək olduğunu söylədi. Hazırda AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin və əməkdaşlarının cəbhəyanı ərazilərdə fəaliyyətlərini davam etdirdiklərini bildirdi. Yardımların birbaşa cəbhəyanı ərazilərdə mövcud vəziyyətdən zərəçəkən inslara göndərildiyini və yerlərdə paylanıldığını söylədi. Həmçinin, Türkiyə Qızıl Ayının humanitar yardımlarla AzQAC-a dəstək olduğunu əlavə etdi. Qarşı tərəfin mülki əhaliyə olan hücumunun Cenevrə Konvensiyalarına və Beynəlxalq Humanitar Hüquqa zidd olduğunu deyən Novruz Aslanov bu məsələnin çox həssas olduğunu söyləyib.

 

Daha sonra çıxış edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson ( Michael Dickerson) Bərdə rayonunda həyatını itirən AzQAC-ın könüllüsü üçün başsağlığı verdi. Öz humanitar missiyasını həyata keçirən könüllünün faciəvi şəkildə həlak olduğundan çox təsirləndiyini bildirdi. AzQAC-a cəbhəyanı ərazilərdə zərərçəkən insanlara yönələn fəaliyyətləri həyata keçirdikləri üçün öz minntədarlığını xüsusi olaraq bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bundan sonra da öz dəstəklərini verəcəklərini söyləyib.

 

USAİD-in missiya direktoru  Cey Sinq (Jay Singh) öz humanitar fəliyyətlərini həyata keçirərkən qəhrəmancasına həlak olan  AzQAC-ın fövqəladə mobil könüllü dəstə üzvünə görə kədərləndiyini bildirdi. USAİD olaraq hər bir könüllünü öz ailə üzvləri  kimi qəbul etdiklərini qeyd edən cənab Singh Milli Cəmiyyətə humanitar sahədə zəruri yardımların göstərəcəklərini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir