Modern.az

“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev

“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev

Aktual

30 Oktyabr 2020, 16:00

“Ermənilər əsir düşmüş Azərbaycan hərbçilərini başından güllələyiblər”.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

 

O bildirib ki, Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. 30 cəsədi Ermənistana verdik, amma onlar bizə cəsəd vermədi. Bizdə olan erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. Biz zamanı gələndə bunları açıqlayacağıq.

 

Bizim əsirlər və meyitlərə qarşı amansız davranış göstərilib. Əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən, başlarına, ürəklərinə dirəyərək atəş açıb və qətlə yetiriblər. Belə faktlar mövcuddur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı