Modern.az

Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq - XİN

Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq - XİN

Aktual

30 Oktyabr 2020, 16:20

“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

 

“Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi