Modern.az

Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT

Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT

Aktual

30 Oktyabr 2020, 17:55

Ermənistan bir daha təsdiq etdi ki, Qarabağ müharibəsində erməni keşişləri iştirak edirlər.

 

Modern.az-ın məlumatna görə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Hovanisyan bu gün açıqlamasında bildirib ki, döyüşlərdə iki keşiş Qazaryan və Nərsisyan aktiv şəkilədə iştirak edib:

 

"Dünən gecə döyüşlər baş verib. Keşişlərimiz Qazaryan və Nərsisyan dünən gecə əsgərlərimiz üçün tanrıya dua edib və döyüşlərdə iştirak edib".

 

O, döyüşlərdə işitrak edən keşişlərin fotolarını da yayıb.

 

Bundan əvvəl də qeyd etidiyimiz kimi, bütün dinlərin əsasında sülh dayanır və adətən, din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni keşişləri isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə bütün ermənilərin katolikosu II Qaregin erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır