Modern.az

İzmirdəki zəlzələdə ölən və yaralananların sayı daha da artdı - YENİLƏNİB

İzmirdəki zəlzələdə ölən və yaralananların sayı daha da artdı - YENİLƏNİB

31 Oktyabr 2020, 02:08

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20-yə, yaralıların sayı isə 786-ya çatıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

00:32

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə, xəsarət alanların sayı isə 709 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

23:34

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

 

22:38

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.  

 

21:41

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 438 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

 

20:59

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.  

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

20:51

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 321-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

 

Bildirilib ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

 

20:08

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Qeyd edək ki, zəlzələ nəticəsində 6 nəfər həlak olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər