Modern.az

Liderlər bir-birilərinə “keçmiş olsun” dedilər

Liderlər bir-birilərinə “keçmiş olsun” dedilər

Aktual

30 Oktyabr 2020, 20:42

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, liderlər qarşılıqlı olaraq bir-birilərinə “keçmiş olsun” deyiblər.

Türkiyənin dövlət başçısı ehtiyac yaranarsa Yunanıstana yardım etməyə hazır olduqlarını ifadə edib.

 

Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias da təbii fəlakətlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğuluna zəng edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı