Modern.az

Dualarımız qardaş Türkiyə ilə birlikdədir - Hikmət Hacıyev

Dualarımız qardaş Türkiyə ilə birlikdədir - Hikmət Hacıyev

Aktual

30 Oktyabr 2020, 21:11

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında Türkiyənin İzmir bölgəsində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

 

"Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun".

 

Qeyd edək ki, bu saata olan son məlumata görə, izmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 419-a çatıb, 12 nəfər həlak olub. Hazırda xilasetmə tədbirləri davam etdirilir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!