Modern.az

Ekstremist “Zouaves Paris” qruplaşmasının rəhbəri Qarabağa vuruşmağa gəlir - FOTO

Ekstremist “Zouaves Paris” qruplaşmasının rəhbəri Qarabağa vuruşmağa gəlir - FOTO

30 Oktyabr 2020, 22:51

Sağçı "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir özünün "Instagram" səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Liberasen" xəbər verir.

 

Mark de Kakkere-Valmenir bu barədə paylaşımında "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə" yazılıb. O həmçinin yerli hakimiyyətlə əməkdaşlıq edərək "xarici könüllülər briqadası"nı yaratmaq arzusu barədə də bildirib.

 

Sağçı qruplaşmanın lideri özünü birbaşa faşist adlandırır, lakin öz qruplaşmasını belə adlandırmır. Onun qruplaşması "Zouaves Paris" sağçı ekstremistlər Parisdə zorakılığın əsas təhrikçisi olan qruplaşmadır.

Onun sözlərinə görə, bu qruplaşma küçələri qorxuda saxlamaq üçündür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı