Modern.az

Partiya sədri koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi

Partiya sədri koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi

31 Oktyabr 2020, 12:08

Sabiq deputat, Yurddaş Partiyasının sədri Mais Səfərli koronavirus infeksiyasına yoluxub. Modern.az-ın məlumatına görə, bu barədə onun bacısı Gülayə Quliyeva bildirib.

Onun sözlərinə görə, Mais Səfərli hazırda Neftçilər Xəstəxanasında müalicə olunur.

“Sağ olsun dövlətimiz, həkimlərimiz əllərindən gələni edirlər, amma bu elə bir xəstəlikdir ki, hər şeydən öncə ümidimiz Allaha və dostların dualarınıdır”,-deyə G.Quliyeva bildirib.

Əslən Qubadlıdan olan Mais Səfərlinin Qubadlı şəhəri işğaldan azad edilən zaman səssiz qalması da onun xəstəxanada olması ilə bağlıdır.

“Mais müəllimin bu gün səsi niyə çıxmır?- deyən dostlara, jurnalistlərə çox təəssüf hissilə bildirirəm ki, dünyanı ağuşuna alan COVID-19 bizim də ailədən yan keçmədi və qardaşım bu xəstəliyə yoluxdu”,-G.Quliyeva bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər