Modern.az

Deputat: "Minsk qrupu Ermənistanın hərəkətlərinə qiymət verməlidir"

Deputat:

Aktual

31 Oktyabr 2020, 14:15

"Görünür ki, Ermənistan çox dirənib və ATƏT-in Minsk qrupunun təkliflərini qəbul etmək istəmir”.

Bu sözləri Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycan və Ermənistan arasında danışıqların nəticələri haqqında danışarkən deyib. Deputat bildirib ki, hazırda Minsk qrupu Ermənistanın hərəkətlərinə qiymət verməlidir:

 

“Biz görürük ki, Ermənistan ATƏT-in təkliflərinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına hazır deyil. Ermənistanın bu hərəkətləri Azərbaycanı öz işini davam etməyə məcbur edəcək. Həm BMT, həm də ATƏT-in minsk qrupunun sülhməramlı əməliyyatları davam ediləcək. Növbəti dəfə Ermənistan öz üzərinə öhdəlik götürürdü ki, mülki əhaliyə atəş açmayacaq. Amma Cenevrə görüşündən bir neçə saat sonra Azərbaycanın cəbhə bölgəsindən uzaq kəndlərinə və şəhərlərinə atəş açılıb. Ermənistanla heç bir razılaşma mümkün deyil çünki, razılaşmanın şərtlərini Ermənistan qəbul etmir və yenə də onların əsas hədəfi mülki əhalidir".

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır