Modern.az

Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO

Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO

31 Oktyabr 2020, 20:27

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəinin qarşısında icazəli aksiya keçirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

 

Aberdin  şəhərində təhsil alan gənclərin və Azərbaycanlı icmasının   təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar  vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib. Aksiyada Gəncə  və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib.

Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər