Modern.az

Abşeronda 11 yaşlı uşaq bıçaqlandı

Abşeronda 11 yaşlı uşaq bıçaqlandı

Aktual

1 Noyabr 2020, 00:01

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Yeniyetmə əməliyyat olunub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir