Modern.az

Gürcülər və ermənilər Kür və Araz çaylarını çirləndirməkdədirlər

Gürcülər və ermənilər Kür və Araz çaylarını çirləndirməkdədirlər

25 Yanvar 2010, 12:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının I ongünlüyünə nisbətən 6 m3/san azalaraq 191 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 1,7 mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 82,4 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,32-7,54 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!