Modern.az

Araik Harutunyanın məhv edildiyi barədə xəbərlər  YAYILIB

Araik Harutunyanın məhv edildiyi barədə xəbərlər  YAYILIB

Hadisə

1 Noyabr 2020, 20:43

Ermənistanın Dağlıq Qarabağda yaratdığı separatçı rejimin “rəhbəri” Araik Harutunyanın məhv edildiyi barədə məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, yayılan məlumatlarda Azərbaycan Ordusunun Araik Harutunyanın avtomobil kortejinə zərbə endirdiyi bildirilir. Bu zərbə nəticəsində separatçıların rəhbərinin məhv edildiyi güman olunur. Araik Harutunyanla bağlı xəbər Türkiyə mətbuatında da yer alıb.

Sosial şəbəkələrin erməni seqmentində də bu mövzuda müzakirələr gedir.

Azərbaycanın Müdafiə Nazirliyi isə hələ ki Araik Harutunyanın məhvi barədə təsdiqləyici məlumat yaymayıb. Amma belə bir məlumatın yayıla biləcəyi mümkündür.

Düşmən tərəf isə bunu ciddi cəhdlə təkzib etməyə çalışır.  

Araik Harutunyanın “mətbuat katibi” Vaqram Poqosyan Ermənistan mətbuatına deyib ki, separatçıların rəhbəri ölməyib. Ancaq o, Harutunyanın harda olduğuna aydınlıq gətirməyib.

Araik Harutunyan özünün Facebook səhifəsində axırıncı dəfə iki gün əvvəl paylaşım edib. Əgər o, sağdırsa, elə özü bir videomüraciətlə məsələyə aydınlıq gətirə bilər....

Xatırladaq ki, bir neçə gün öncə Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan da Ordumuzun sərrast atəşi nəticəsində məhv edilmişdi.


Bu hadisələr öncəsi Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni "məmur" beynəlxalq axtarışa verilib. Bunlar özünü qondarma "DQR"in “prezidenti” elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyandır. Azərbaycanın Baş Prokurorluğu onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir