Modern.az

Londonda Ermənistanın müharibə cinayətinin qurbanları yad edildi - FOTO

 Londonda Ermənistanın müharibə cinayətinin qurbanları yad edildi - FOTO

Diaspor

1 Noyabr 2020, 22:21

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

 

Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, Ermənistanın müharibə cinayəti nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad etdikdən sonra, aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər.

 

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini  ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü