Modern.az

Orta məktəbdə bomba həyəcanı

Orta məktəbdə bomba həyəcanı

Təhsil

25 Yanvar 2010, 13:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" məlumat xidmətinə Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 2 saylı orta məktəbdə partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub.
Modern.az nazirliyə istinadən xəbər verir ki, FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində olan vətəndaşları təhlükəsiz məsafəyə uzaqlaşdırdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı