Arxiv
3 Noyabr 2020, 12:25 | DİASPOR
Xaricdəki Azərbaycan - Diaspor savaşında son durum

Əməkdaşımız bir neçə gün öncə Türkiyədən qayıdıb. Deyir ki, Türkiyədəki Azərbaycana münasibət əvvəlki deyil, indi tam başqadır. Sanki qos-qoca Türkiyə özü boyda bir Azərbaycandır.

 

Bəli, doğrudan da indi Azərbaycan nə daxildə, nə də sərhədlərimizdən kənarda əvvəlki Azərbaycan deyil.

 

Öz torpaqlarının azadlığı uğrunda mübarizəyə başlayan bir dövlət, onun Ali Baş Komandanı, onun əsgəri, xalqı... Hamı bir yerdədir.

 

Xaricdəki soydaşlarımız da bu sıradadır. Diqqət etdikdə görürük ki, indi yalnız Azərbaycanda, Türkiyədə deyil, bütün dünyada Azərbaycan deyiləndə əcnəbilər fərqli baxır. Mübariz, öz torpağını azad edən millət... Hüç şübhəsiz ki, Azərbaycan diasporunun bu istiqamətdə mücadiləsi ölçüyəgəlməzdir.

 

Bu ilin avqustunda, Tovuz hadisələrində Azərbaycan diasporu dünyadakı erməni diaspor mifini yerlə-yeksan etdi. Bunu görən erməni lobbisi soydaşlarımıza qarşı fiziki təzyiqlərə başladı. Bu isə erməni lobbisinin dünyanın qəbul etdiyi tərzdə olmadığını təsdiqləmiş oldu.

 

Torpaqlarımızın işğaldan azad edilməsi dövründə soydaşlarımız daha da fəallaşdılar.

 

Çətin də olsa dünyada Qarabağ gerçəkliyini anlamağa başlayıblar. Heç şübhəsiz ki, burada Azərbaycan Prezidenti ilham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr əsas rol oynayır.

 

Amma birmənalı demək olar ki, xaricdəkli soydaşlarımızın əzmi, fəallığı Azərbaycan xalqının Qarabağ uğrunda başlatdığı mücadiləyə adekvatdır.

 

İllər öncə aralarında müəyyən umu-küsülər olan azərbaycanlılar bir yumruq kimi birləşiblər. Hamı Qarabağ deyir.

 

Dünyanın dörd bir yanındakı soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırır.

 

Son bir neçə gündə soydaşlarımızın gördükləri işlərin qısa bir hissəsini diqqətə çatdırırıq.

 

AMERİKA

 

 

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırımı olduğunu xatırladaraq, dünya ictimaiyyətini bu təcavüzə biganə qalmamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

Onu da qeyd edək ki, Amerikanın bir çox ştatlarında məskunlaşan azərbaycanlılar erməni vəhşiliyini pisləyən yürüşlər təşkil ediblər.

 

İTALİYA

 

 

Aksiya iştirakçıları İtaliya ictimaiyyətinin diqqətini Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonlarının artilleriya atəşinə tutulmasına yönəldib, Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyəti bu vandalizm aktlarına biganə qalmamağa çağırıb. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndirib.

 

ALMANİYA

 

 

Almaniyanın Köln şəhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər.

 

FRANSA

 

Fransanın Tuluza və Montoban şəhərlərində də aksiya keçirilib. Soydaşlarımız şəhərin küçələrinə, dayanacaqlara və ümumilikdə insanların daha çox olduğu yerlərə fransız dilində “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” kimi şüarlar yapışdırıblar.

 

TÜRKİYƏ


Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib. Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalanlandırıblar, "Səninləyik Azərbaycan!", "Qarabağa Azadlıq!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" və sair şüarları səsləndiriblər.

 

LİTVA

 

“Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev Litvanın radio və televiziyalarına, informasiya agentliklərinə müsahibələr verir. Eləcə də məqalələri dərc olunur”.

 

Bu barədə Azərbaycanın Litvadakı səfirliyinin müşaviri Atəş Qırxıyev məlumat verib.

 

Müşavir qeyd edib ki, hazırda da Azərbaycanın haqq işinin Litva xalqına çatdırılması məsələsində səfirlik işini davam etdirir:

 

“Eyni zamanda Litvanın siyasi şərhçiləri, konfliktoloqları, politoloqları Azərbaycanın haqq işini dəstəkləyən çıxışlar edirlər. Hətta, Gəncə hadisələrdi ilə bağlı səfirliyin önündə yüzlərlə insan toplaşmışdı. Nəinki azərbaycanlılar, eləcə də, litvalılar  səfirliyin önünə toplaşaraq erməni vəhşiliyinə etiraz ediblər”.

 

Səfirlik rəsmisi Litva rəhbərliyində yüksək vəzifə tutan şəxslərlə, nümayəndələrlə görüşlər keçirərək onlara gerçəkləri çatdırdıqlarını da vurğulayıb.

 

AVSTRİYA

 


Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

 

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma!”,“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son!”, “Erməni terroruna son!” şüarları səsləndiriblər.

 

KANADA

 

 

Kanadanın Toronto şəhərində soydaşlarımız ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib. Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sülh marşı Kollec Karlton küçələrinin kəsişməsindən başlayaraq Natan Filips meydanına qədər davam edən mitinqlə başa çatıb. Aksiya iştirakçıları Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən qadınların və azyaşlıların həlak olmasına etiraz olaraq “City Hall”un qarşısında təşkil olunmuş guşəyə gül və oyuncaqlar qoyublar.

 

Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

 

İSRAİL

 

İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib. Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb. Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbar və vandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər.

 

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Azərbaycan ədalət istəyir!", “Azərbaycan sülh istəyir”, "Biz terrora yox deyirik!", "Qarabağ haqqımızdır!", "Biz səninləyik, Azərbaycan!" və sair şüarlar səsləndirilib.

 

MACARISTAN

 

 

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçiriblər. Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Gəncə üçün dua et!", "Erməni işğalına son!" və s. kimi şüarlar yazılan plakatlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar.

 

ESTONİYA

 

 

Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir!”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son!”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et!”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndirilib.

 


UKRAYNA

 

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında aksiya keçirilib. Kiyevdəki Azərbaycan diasporunun üzləri və Ukrayna paytaxtının sakinləri əllərində gül və yumşaq oyuncaqlarla ölkəmizin Ukraynadakı səfirliyinin qarşısına gəliblər. 

 

MOLDOVA

 

Azərbaycanın Moldovadakı səfirliyində Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib.

 

Tədbir zamanı çıxış edən Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov müharibənin müvafiq qaydalar əsasında aparılmasına məhəl qoymayan ermənilərin təcavüzkar hərəkətini pisləyib, Moldovada yaşayan bütün azərbaycanlılar adından erməni terrorunun qurbanları olan Gəncə şəhərinin sakinlərinə dəstək və birlik nümayiş etdirmək məqsədilə toplaşdıqlarını bildirib.

 

Eyni zamanda, tədbirə dəvət olunmuş moldovalı tarixçi və siyasi şərhçi Ruslan Şevçenko çıxışında münaqişənin tarixi köklərindən danışaraq, ermənilərin tarixən apardığı zorakı siyasətin nəticəsi olaraq müharibənin yenidən başladığını diqqətə çatdırıb. Moldovanın da oxşar münaqişəni yaşadığını qeyd edən tarixçi Azərbaycanın rəhbərliyi tərəfindən atılan konstruktiv və beynəlxalq hüquqa əsaslanan addımların Moldova üçün də nümunə olacağına ümid edib.

 

Tədbirdə Moldovadakı azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov, Mehriban Bədəlova, gənclərdən Zamir Qubadov, Berqan Maarif və başqaları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin Gəncəyə raket hücumu ilə bağlı Azərbaycan, rus və rumın dillərində nitq söyləyərək ölkəmizin həqiqətlərini Moldova ictimaiyyətinə çatdırıblar.

 

İNGİLTƏRƏ

 

 

Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda “Amnesty International”ın binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Onlar “Amnesty İnternational”ın Londondakı baş qərargahı önündə toplanaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Tərtər və digər bölgələrdə yerləşən yaşayış məntəqələrinin və mülki vətəndaşların atəşə tutmasını pisləyiblər, Azərbaycan vətəndaşlarının hüquqlarının kobud sürətdə pozulmasına etiraz ediblər.

 

Aksiya iştirakçıları əllərində Gəncədə Ermənistan ordusunun raket atəşi nəticəsində hər iki valideynini itirmiş uşaqların fotolarının yer aldığı plakatlar tutublar. Daha sonra plakatların önünə Britaniyada yaşayan azərbaycanlı uşaqlar oyuncaqlar qoyaraq ictimaiyyətə “Uşaqlar ölməsin!” mesajını veriblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirilib. Aksiya iştirakçıları dünya ictimaiyyətini mülki vətəndaşların ölümünə səssiz qalmamağa çağırıblar.

 

Bildirilib ki, mülki əhalinin amansızlıqla hədəf alınmasına birtərəfli yanaşılmamalı və erməni təcavüzü qınanmalıdır.

 

NİDERLAND

 

 

Niderlandın Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycan icmasının toplantısı keçirilib.

 

Tədbirdə BAK-nın, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin, "Covor" yəhudi icmasının təmsilçiləri və digər diaspor fəalları iştirak ediblər. Ermənistanın yeni hərbi təcavüzünün müzakirəsi zamanı Azərbaycana, xalqımıza və Azərbaycan Ordusuna bir daha dəstək ifadə olunub, bu tarixi dönəmdə siyasi baxışlarından asılı olmayaraq, bütün soydaşlarımızın milli birlik nümayiş etdirməsinin vacibliyi bildirilib. Niderland ictimaiyyətinə həqiqətlərin dolğun və çevik şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb, informasiya müharibəsində diasporun üzərinə düşən vəzifələr və gələcək hədəflər barədə fikir mübadiləsi aparılıb.

 

Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərinə Cenevrə Konvensiyası ilə istifadəsi qadağan olunan raketlərlə hücumlar etməsini sərt şəkildə pisləyiblər. Onlar Niderland hökumətini, dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmağa səsləyiblər.

 

Toplantı zamanı Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması tələblərinin əks olunduğu bəyanat qəbul edilib. Bəyanatın beynəlxalq qurumlara, Avropa Parlamentinə, Niderland parlamentinə və Xarici İşlər Nazirliyinə ünvanlanması qərara alınıb.

 

POLŞA

 




Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiyada polyak dilində "Qarabağ Azərbaycandır!" (“Karabach to Azerbejdzan”) yazılmış iri banner, "Ermənistanın terrorunu dayandırın!", "Ermənistanın təcavüzünü dayandırın!" şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib.

 

NORVEÇ

 

Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti-Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib. 

 

“CAN” Azərbaycan-Norveç təşkilatının  təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan  icmalarının nümayəndələri də iştirak edib. Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının  rəhbəri Şərvin Nəcəfpur  çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib. 

 

Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə  atəşə tutması,  bu faktın “Amnesty İnternational”,  “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib.  Daha sonra terror qurbanlarının xatirəsi yad edilib. 

 

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və  Azərbaycana dost münasibət  bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar. 

 

ÇEXİYA

 

“Çex Respublikasında Azərbaycan İcması” təşkilatının təşəbbüsü ilə Ermənistan  ordusunun Gəncə şəhərində törətdiyi təxrbata etiraz əlaməti olaraq aksiya keçirilib.  Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

 

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçılarıErmənistanın işğalçılıq siyasəinə etiraz bildirən şüarlar yazılan plakatlar nümayiş etdiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv