Modern.az

Musa Quliyev: “Ermənilər uydurduqları yalanlara o qədər inanırlar ki...”

Musa Quliyev: “Ermənilər uydurduqları yalanlara o qədər inanırlar ki...”

Parlament

3 Noyabr 2020, 14:16

“Ermənistan nəsli-kökü olmayan və qondarma tarixi olan millətdir. Ermənistan tarixini erməni tarixçiləri yaradıb və real tarixləri yoxdur. Tarixçiləri də zaman-zaman özlərinə aid olmayan torpaqların Ermənistan torpağı kimi qələmə verirlər”.

Bu sözləri Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev Modern.az-a danışarkən deyib:

“Artıq bu iddialar ındünya tarixi elmi tərəfindən tamamilə əsassız olduğu sübut olunub. Hətta gülüş obyektinə çevriliblər. Ermənistan xalqının yalandan ərazi iddiaları etməsi yeni bir şey deyil. 1918-ci ildə çar Rusiyası dağılandan sonra Ermənistan müxtəlif iddialar irəli sürdü, Türkiyədə öz dövlətlərini yaratmağa çalışdılar. Yəni bu 200 ildən çox tarixə sahib olan məsələdi və heç bir kökü yoxdur”.

Komitə sədrinin sözlərinə görə, Ermənistan yalan ərazi iddialarını bir az da genişləndirib:

“Azərbaycan Qarabağda əks-antiterror əməliyyatı aparmaqla, bütövlükdə erməni yalanlarına son qoyur. Şübhəsiz ki, ermənilər ciddi dərs alacaqlar. Türkiyə, İran, Gürcüstana olan yalan ərazi iddiaları bir müddət səngiyəcək. Hazırda həmin yalan iddiaları genişləndirib Krımın, Şimali Qafqazın Krasnodar, Rostov vilayətinin Ermənistanın olduğunu deyirlər. Bu xəstə bir təfəkkürün məhsuludu. Yaxın qonşularımız istər Ukrayna, istərsə də Rusiya bu məsələdə ayıq olmalıdır. Bunu təkcə tarixçilərin umuduna buraxmaq olmaz. Düşünmürəm ki, Ermənistan müharibə bitdikdən sonra yalanlarından əl çəksin”.

M.Quliyev bildirib ki, ermənilərin xəstə təfəkkürlü siyasiləri, dırnaqarası ziyalıları sayəsində hələ uzun illər başları bəladan əksik olmayacaq”. 

“Azərbaycan Prezidentinin dediyi kimi, Azərbaycan Ordusu Ermənistana elə bir dərs verdi ki, bundan sonra çətin özlərinə gələrlər. 1828-ci ildəki Türkmənçay müqaviləsindən sonra İrandan, Türkiyədən erməniləri Qafqaza - xüsusilə indiki İrəvan, Zəngəzur, Göyçə, Qarabağ, Gəncə ərazilərinə köçürdülər. Müəyyən qədər ermənilərin sayı artıqdan sonra hər məqam düşdükdə torpaq qopardılar. Cümhuriyyət dövründə isə İrəvan onlara paytaxt kimi verildi”.

Deputat qeyd etdi ki, ermənilər xəstə millətdir, böyük ərazilərə sahib olduqlarını hesab edirlər:

“Ermənilər çox xəstə millətdir. Uydurduqları yalanlara özləri də o qədər inanır ki, Ermənistanın qədim tarixi və böyük ərazilərinin olduğunu hesab edirlər. Bizim həm siyasi, həm bioloji, həm də hərbi cəbhədə çomağımız əlimizdə olmalıdır. Yeni nəslimizi də bu ruhda tərbiyələndirməliyik. Tarixdən dəsr çıxarıb, heç nəyi unutmamalıyıq”.

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi