Modern.az

Azərbaycanda yoluxma 1200-ü keçdi - 15 nəfər öldü

Azərbaycanda yoluxma 1200-ü keçdi - 15 nəfər öldü

3 Noyabr 2020, 15:00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242  yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1379779test aparılıb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir