Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

 

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

 

Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.


Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.