Modern.az

Azərbaycanda daha 1227 nəfər virusa yoluxdu - 12 nəfər öldü

Azərbaycanda daha 1227 nəfər virusa yoluxdu - 12 nəfər öldü

Hadisə

4 Noyabr 2020, 15:04

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1227  yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü