Modern.az

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası keçirilib

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası keçirilib

25 Yanvar 2010, 13:46

Yanvarn 21-24-də Brüssel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı (ŞTP) Vətəndaş Cəmiyyəti Forumunun (VCF) İdarə Heyətinin ilk iclası keçirilib.

 

Tədbirdə Şərq Tərəfdaşlığı Proqramının ələqələndiricisi Bruno Dethomas İdarə Heyəti üzvləri qarşısında çıxış edərək, Vətəndaş Cəmiyyəti Forumunu Şərq Tərəfdaşlığı Proqramının vacib strukturu adlandırıb. Eyni zamanda forumun ŞTP  iştirakçısı olan ölkələrlə Avropa İttifaqı arasında inteqrasiya meyllərinin güclənməsində və proqramda nəzərdə tutulan 4 tematik platforma istiqamətində uğurlu partnyor olacağı qeyd olunub.

 

İdarə Heyətində Azərbaycanı təmsil edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun Modern.az-a bildirib ki,  “forumun təsis yığıncağından sonrakı dövrdə əsasən internet vasitəsilə gələcək planlar ətrafında müzakirələr aparılıb. İndi isə İH-nin iclası forumun strukturunu, mandatını, informasiya strategiyasını, lobbiçilik və siyasət sənədlərini hazırlamaq istiqamətində planlarını müəyyən edib”.

 

Eyni zamanda Forumda iştirak üçün ərizələrin qəbul olunması, seçim qaydaları barədə müzakirələr aparılıb. Daha sonra növbəti ümumi toplantının 15-17 noyabr 2010-cu ildə Brüssel şəhərində keçirilməsi qərara alınıb və 4 platforma çərçivəsində keçiriləcək görüşlərin yeri və vaxtı müəyyən olunub. Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu 15-16 noyabr 2009-cu il tarixdə yaradııb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir